AZ

Tramp Danimarkanın Baş nazirinə zəng edib Qrenlandiyanı istədi: Nə cavab aldı?

ABŞ Prezidenti Donald Tramp Danimarkanın Baş naziri Mette Frederiksenlə telefonla danışıb.

Publika.az xəbər verir ki, yanvarın 15-də baş tutan danışıqlar zamanı Tramp Qrenlandiyanın alınmasında israr edib.

Bu barədə “Financial Times” qəzeti yüksək vəzifəli avropalı məmurlara istinadən yazır ki, söhbət çox pis keçib. Belə ki, Frederiksen hərbi bazalar və mədən sahəsində əməkdaşlığı genişləndirmək təklifinə baxmayaraq, adanın satılmadığını deyib. Bundan sonra Tramp aqressivlik nümayiş etdirib.

Mənbələrin sözlərinə görə, Danimarkalılar indi böhran rejimindədir. Tramp Danimarkanı hədəflənmiş tariflərlə hədələyib.

Seçilən
13
27
publika.az

10Mənbələr