AZ

Tramp Danimarka Baş nazirinə zəng etdi və...QRENLANDİYANIN ABŞ-a VERİLMƏSİNİ TƏLƏB ETDİ

Prezident Donald Tramp Danimarkanın Baş naziri Mette Frederiksenlə telefon danışığında Qrenlandiyanın ABŞ-a verilməsində israr edib.

 

Bu barədə “Financial Times” qəzeti yüksək vəzifəli avropalı məmurlara istinadən məlumat yayıb.

 

Danimarkanın Baş naziri gələcək Amerika Prezidenti ilə yanvarın 15-də danışıb. Söhbətdən sonra o, Qrenlandiyanın satılmadığını vurğulayıb.

 

Rəsmilər “FT”yə söhbətin çox pis getdiyini söyləyiblər. Onlar əlavə ediblər ki, Frederiksenin hərbi bazalar və mədən sahəsində əməkdaşlığı genişləndirmək təklifinə baxmayaraq, adanın satılmadığını deməsindən sonra Ağ Ev rəhbəri aqressivlik nümayiş etdirib.

 

“Niyyət çox aydın idi. Amerikalılar Qrenlandiyanı istəyirlər. Danimarkalılar indi böhran rejimindədirlər”, - mənbə bildirib.

 

Başqa bir mənbəyə görə, Danimarka vəziyyətdən tamamilə qorxur. “O (Tramp) Danimarkanı konkret tədbirlərlə, məsələn, hədəflənmiş tariflərlə hədələyib”, - keçmiş Danimarka rəsmisi bildirib.

 

“Report”un məlumatına görə, Frederiksenin ofisi isə anonim mənbələr tərəfindən verilən söhbəti şərh etməyəcəyini bildirib.

Seçilən
7
5
senzor.az

10Mənbələr