"Rusiyanın əleyhinə olan və Avropa İttifaqını (Aİ) zəiflədən sanksiyalar ləğv edilməlidir".
hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə yanvarın 26-da Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo özünün "X" hesabından bəyan edib.
"Sülh naminə bizi zəiflədən bu sanksiyaları ləğv edək və Aİ-dən mümkün qədər tez çıxaq", - deyə siyasətçi bildirib.
Partiya sədri Rusiyaya qarşı məhdudiyyətləri "axmaqlıq" adlandırıb. O xatırladıb ki, yanvarın 31-də Macarıstan məhdudiyyətlərin uzadılmasına veto qoya bilər və Avropa bundan o qədər isterikaya düşüb ki, Polşanın Baş naziri Donald Tusk faktiki olaraq macar həmkarı Viktor Orbanı müharibə ilə hədələyib.