AZ

Armudun bu faydalarını öyrəndikdə çox təəccüblənəcəksiniz - Şəfa yayırmış

Armudun bu faydalarını öyrəndikdə çox təəccüblənəcəksiniz -

Armud qış mövsümündə sevilən və sağlamlığa bir çox fayda təqdim edən müalicəvi bir meyvədir. Tərkibində A, C və K vitaminləri, kalium, fol turşusu, lif, niasin və antioksidantlar olan armud, arıqlamağa kömək edir və ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, liflə zəngin olan armud bağırsaq hərəkətlərini tənzimləyir, həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır. Eyni zamanda qan təzyiqini tənzimləyərək ürək sağlamlığını qoruyur və iltihabı azaldır.

Armudun tərkibindəki antioksidantlar sərbəst radikallarla mübarizə aparır, immunitet sistemini gücləndirir və xərçəngdən qoruyur. Xüsusilə antosiyanin və xlorogen turşusu kimi birləşmələr döş və yumurtalıq xərçəngi riskini azalda bilər.

C vitamini və flavonoidlər dəri sağlamlığını dəstəkləyir, saç və dırnaqları qoruyur. Armud, eyni zamanda sümük sağlamlığı üçün vacib olan kalsium, maqnezium və K vitamini ilə zəngindir. Bu birləşmələr sümükləri möhkəmləndirir və onların quruluşunu qoruyur.

Armud qan şəkərinin səviyyəsini tənzimləyərək 2-ci tip diabet riskini azaldır və həzm prosesini yaxşılaşdırır. Onun tərkibindəki pektin bağırsaq bakteriyalarını qidalandıraraq həzm sisteminin funksiyasını dəstəkləyir. Armudun müntəzəm istehlakı dərini yaxşılaşdırır, ürək-damar xəstəliklərinin riskini azaldır və ümumi sağlamlığa müsbət təsir göstərir. Bu dadlı meyvə, həmçinin bədənə enerji verərək sağlam və balanslı bir pəhriz üçün ideal seçimdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
12
11
e-saglam.az

10Mənbələr