AZ

Yumurta yemək qocalmanı ləngidir

Yumurta yemək qocalmanı ləngidir

Yumurta Alzheymer xəstəliyi riskini təxminən 50 faiz azalda bilər.

AzPost bildirir ki, bu barədə Britaniya alimlərinin araşdırmasında deyilir.

80 yaşdan yuxarı minlərlə insan üzərində aparılan araşdırmada müəyyən edilib ki, müntəzəm olaraq yumurta yemək beyni sağlam saxlamağa kömək edir və idarki qocalmanı ləngidir.

Yerigəlmişkən:

Doyurucu, dadlı və sağlam səhər yeməyi şən və enerjili bir günün açarıdır. Əksər insanlar səhər yeməyinin bir növ simvoluna çevrilmiş qayğanaqa üstünlük verilir.

İnsanlar səhər yeməyinə niyə qayğanaqı seçirlər?

O, tez hazırlanır. Onu hazırlamaq üçün çoxlu məhsullar və fəndlər tələb olunmur. Görünüşü iştah açır.

Bütün yuxarıda deyilənlərə baxmayaraq, sual yaranır: hər səhər qayğanaq yemək düzgündür?

Əvvəla, demək lazımdır ki, yumurta çox sağlam məhsuldur, düzgün hazırlandıqda qiymətli xüsusiyyətlərini itirmir. Toyuq yumurtası bədən üçün lazım olan maddələri ehtiva edən maksimum protein mənbəyidir: fosfor, sink, dəmir, maqnezium, A, E, B12, B3, D vitaminləri ilə zəngindir.

O həmçinin əsas və vacib antioksidant olan selenium ehtiva edir. Belə bir vitamin və mineral tərkibinə əsaslanaraq deyə bilərik ki, hər gün yumurta yemək nəinki zərər verməyəcək, həm də çox faydalı olacaq. Üstəlik, bu, pəhriz məhsuludur. Bir yumurtanın kalori miqdarı 86-dır.

Ancaq burada qeyd edək ki,  yağda qızardılmış yumurtaya əlavə edilmiş ədviyyatlara (duz / istiot / göyərti) görə yeməkdə daha yüksək göstəriciyə çata bilər. Əgər siz hələ də çəkinizə nəzarət edir, amma qayğanaqdan da imtina etmək istəmirsinizsə, onda bu yeməyi zeytun yağı kimi aşağı kalorili yağda bişirin.

 

 

Seçilən
10
27
azpost.info

10Mənbələr