AZ

Yüz il yaşamaq istəyirsiniz, onda...

...Cənubi Kaliforniya Universitetinin tədqiqatçısı Valter Lonqo yüz yaşa qədər yaşayan insanların riayət etdikləri qaydaları açıqlayıb.

...Deməli mütəxxəsis deyir ki, uzunömürlü insanlar üçün ən ümumi qayda yatmazdan təxminən üç saat əvvəl "yüngül və erkən şam yeməyi" yeməkdir. Onun sözlərinə görə, gec yemək xolesterinin səviyyəsinin yüksəlməsi və təzyiqin artması ilə əlaqələndirilir.

SİA-nın məlumatına görə, bu barədə “Daily Mail” yazır.

Nəşr tədqiqatçıların nəticələrinə istinad edir: “Ömrünüzün gözlənilən ömrünə təkcə nə yediyiniz təsir edir, həm də onu yediyiniz zaman da təsir edir”.

Paxlalılar, tam taxıllar və tərəvəzlər ən sağlam qidalar arasında adlandırılıb.

Mütəxəssislər qoz-fındıq və zeytun yağına da diqqət etməyi məsləhət görüblər. Alimlər həddindən artıq yeməyin sağlamlığın əsas düşmənlərindən biri olduğunu vurğulayıblar. Keçən il xarici alimlərin təqdim etdiyi başqa bir araşdırmaya görə, bütün dünyada gözlənilən ömür uzunluğu artacaq.

2050-ci ilə qədər bu rəqəmin kişilər üçün orta hesabla 76, qadınlar üçün isə 80 yaş olacağı proqnozlaşdırılır.

Yeri gəlmişkən, Lancetdə bu mövzuda məqalə dərc olunub.

Nazlı Almuradova

Seçilən
2
23
sia.az

10Mənbələr