“Sabah” Misli premyer-liqasının 20-ci turunda “Sumqayıt”la heç-heçə etdi - 0:0.
“Football-plus.az” xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Vasili Berezutskimətbuat konfransında görüş haqda fikirlərini bildirdi.
- Çox danışmaq bizim üçün çətindi. Yaxşı oynadıq. Topa nəzarət edən tərəf biz idik. Çoxlu qol imkanları yaratdıq. Amma yaralana bilmədik.
- Son maçlardakı aşağı məhsuldarlığın səbəbi nədi?
- Eniş yetərincə qol fürsətləri yaratmamısansa ola bilər. Biz bu gün çoxlu qol fürsətləri yaratdıq. Yenə də işləməyə davam edəcəyik.
- Qol vurmaqda başqa nə çatmadı?
- Bu gün oyunun üstünlüyü bizim tərəfdə idi. Cərimə meydançası daxilində 5-6 qol epizodumuz oldu. Amma yaralana bilmədik.
- Yeni qapıçının adı bu gün niyə heyətdə yox idi?
- 4-5 gündü məşq edir. Formasını yığdıqdan sonra biz onu cəlb edəcəyik. Mən Yusif İmanovun son oyunlardakı çıxışından məmnunam.
- Elvin Camalovla niyə davam etmək istəmədiz?
- Bəzi oyunçular var ki, məşqçinin oyun stilinə uyğun gəlmir. Elvin də oynamaq istəyirdi. Elvinə gələcək karyerasında uğurlar arzu edirik.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta