"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Sumqayıt"la 0:0 hesabı ilə bərabərə qaldığı oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Danışmaq bizim üçün çətindir. Bu gün həqiqətən də yaxşı oynadıq, topa nəzarət edən tərəf biz idik. Çoxlu qol fürsətləri yaratdıq. Amma bunlardan yararlana bilmədik. Çalışmağa davam edəcəyik".