AZ

Vasili Berezutski: “Çalışmağa davam edəcəyik”

Misli Premyer Liqasının XX turunun “Sabah” – “Sumqayıt” matçından (0:0) sonra ev sahiblərinim baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.

“Danışmaq bizim üçün çətindir. Bu gün həqiqətən də yaxşı oynadıq, topa nəzarət edən tərəf biz idik. Çoxlu qol fürsətləri yaratdıq. Amma bunlardan yararlana bilmədik. Çalışmağa davam edəcəyik”.

- Hücumçuların son oyunlarda məhsuldarlığının aşağı olmasının səbəbi nədir?

- Eniş o zaman deyə bilərik ki, yetərincə qol fürsətləri yaratmırsan. Bəzən buna psixologiya ilə kömək edirlər. Bu gün çoxlu qol epizodları yaratdıq. Bəzən daha keyfiyyətli çıxış edə bilərdik.

- Qol vurmaq üçün başqa nə çatmadı?

- Təkrar edirəm, bu gün üstünlük, oyuna nəzarət bizdə idi. Rəqibin cərimə meydançasında 5-6 qol fürsətimiz oldu. Futbolda belə hallar olur. Bunun üzərində çalışmalıyıq.

- Yeni qapıçının bu gün heyətdə yer almamasının səbəbi nədir?

- O, hələ hazır deyil. 4-5 gündür məşq edir. Formasını yığdıqdan sonra onu qapıda görəcəyik. Onu da qeyd edim ki, Yusif İmanovun son oyunlardakı performansından razıyam.

- Elvin Camalovun komandadan ayrılmasının səbəbi nədir?

- Bəzi oyunçular var ki, bəzən məşqçinin oyun stilinə uyğun gəlmir. Elvin oynamaq istəyirdi, ehtiyat oyunçular skamyasında oturmaq istəmirdi. Ona sadəcə uğurlar arzu edə bilərik.

Cavid Hüseynov: “Üzərində işləməli olduğumuz çox şey var”

“Sabah” - “Sumqayıt”: start heyətlər

"Səbail"dən minimalhesablı qələbə - YENİLƏNİB

“Qarabağ”da növbəti ayrılıq - ÖZƏL

“Zirə”nin yarımmüdafiəçisi iddialı klubların hədəfində - EKSKLÜZİV

Seçilən
4
3
apasport.az

8Mənbələr