Bakının Xətai rayonunda, 8 Noyabr prospektinin yaxınlığında yerləşən park təmir olunub, amma təmizlənməyib. Təmir zamanı orada qalan tullantılar aylardır götürülmür.
Xezerxeber.az-ın məlumatına görə, yenicə istifadəyə verilən park hazırda zibilxananı xatırladır.
Sakinlər istirahət üçün getdikləri parkda əl-ayaqlarına dolaşan daşlardan, beton qalıqlarından şikayətçidirlər.
Ərazidə sakinlərin istirahət edə, səmərəli vaxt keçirə biləcəkləri şərait yaradılsa da, tullantı və artıq materiallar buna imkan vermir.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, problem gün ərzində həll ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.