AZ

Xusanov "Mançester Siti"də debüt etdi

style='margin-bottom:10px;'>

Özbəkistanlı futbolçu Abdukodir Xusanov "Mançester Siti"də debüt edib.

QOL.az xəbər verir ki, 20 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda ötən gecə "Çelsi" ilə keçirilən görüşdə "şəhərlilər"in heyətində il oyununa çıxıb.

Start heyətdə meydana daxil olan futbolçu debütü uğurlu alınmayıb. O, matçın 3-cü dəqiqəsində topu başla öz qapıçısına göndərərkən səhvə yol verib və nəticədə qonaqlar hesabı açıb. Bundan cəmi 1 dəqiqə sonra isə Xusanov kobud oyuna görə sarı vərəqə alıb. Xusanov "Mançester Siti"nin 3:1 hesabı ilə qalib gəldiyi matçın 54-cü dəqiqəsində əvəzlənib.

Xatırkadaq ki, Abdukodir Xusanov “Mançester Siti”yə bir neçə gün əvvəl Fransanın “Lans" klubundan transfer olunub. "Şəhərlilər"in futbolçu üçün təxminən 40 milyon avro təzminat ödədiyi iddia olunur.

Seçilən
30
50
teleqraf.com

10Mənbələr