Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça" qış transfer pəncərəsində daha bir transferini açıqlamaq üzrədir.
Apasport.az xəbər verir ki, İstanbul nəhəngi "Əl-Nəsr"in ulduz futbolçusu Anderson Talişkanı heyətinə qatmağa olduqca yaxındır.
İnsayder Fabritsio Romanonun məlumatına görə, artıq tərəflər arasında bütün məsələlər həll olunub, hətta klublar artıq transferi rəsmiləşdirən müqaviləyə qol çəkiblər.
Belə ki, braziliyalı futbolçu ilə 2026-cı ilin iyun ayına qədər sözləşmə imzalanıb.
Talişka ən qısa zamanda tibbi müayinədən keçmək üçün İstanbula gələcək.
“Latsio”nun “ev”də bəxti gətirmədi
“Kəpəz”də ayrılıq baş verib
“Mançester Yunayted” səfərdən 3 xalla qayıdır
Millimizin üzvü oynadı, komandası məğlub oldu
“Xetafe”dən “Sosyedad” səfərində vacib 3 xal