AZ

''Beşiktaş'' bu futbolçunu icarəyə verdi

Ole Qunnar Sulşerin başçılığı altında ilk oyunda ''Atletik''i darmadağın edən və yenidən ümidlənən ''Beşiktaş'' qış transfer dönəmini necə keçirəcəyi maraq doğurur.

''Football-plus.az'' xəbər verir ki, norveçli mütəxəssis rəhbərlikdən ilk növbədə müdafiənin sol cinahının gücləndirilməsini tələb edib. Bu arada İstanbul nəhəngi artıq bir futbolçu ilə vidalaşıb. Bu, Can Keleşdi. Adı bu tur ''Antalyaspor''a qarşı oyunun iştirak ərizəsinə salınmayan bu futbolçu mövsümün ikinci dövrəsini ''Kasımpaşa''da keçirəcək.

23 yaşlı vinger İstanbul təmsilçisinə icarəyə verilib. Avstriyada doğulan Can 2024-ün yayında 2,75 milyon avroya ''Fatih Karagümrük''dən transfer edilmişdi. Amma o, ''ağ-qaralar''ın heyətində özünü göstərə bilmədi. Can Keleş bu mövsüm 6 rəsmi oyunda ümumilikdə yalnız 101 dəqiqə oynamaq şansı qazandı.

ƏLİ

Seçilən
7
18
football-plus.az

10Mənbələr