Kanada tamamilə ABŞ-dən asılıdır və buna görə də suveren dövlət ola bilməz.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat xidmətinin jurnalistləri ilə söhbətində bildirib.
Onun sözlərinə görə, ABŞ hər il Kanadada 250 milyard dollar itirir.
"Mən bunu bir gündə dayandıra bilərdim və Kanada (müstəqil - red) ölkə kimi mövcud olmazdı", - Tramp deyib.
Tramp iddia edib ki, Kanada ABŞ-dən illər boyu öz xeyrinə istifadə edib. "Biz bunun baş verməsinə imkan verməyəcəyik. Bizim subsidiyalarımız olmasa, Kanada həqiqətən də mövcud olmaz", - ABŞ Prezidenti əlavə edib.
Tramp əvvəllər də Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasının lehinə çıxış edib, ona bu halda hərbi və digər üstünlüklər vəd edib. Kanada rəsmiləri, o cümlədən Baş nazir Castin Trüdo bunun heç vaxt baş verməyəcəyini iddia ediblər.