“Kanada tamamilə bizdən asılıdır və buna görə də ayrıca dövlət ola bilməz”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlama verərkən deyib.
“Biz Kanadada ildə 250 milyard dollar itiririk. Mən bunu bir gündə dayandıra bilərdim və Kanada müstəqil bir ölkə kimi mövcud olmazdı”, - deyə Tramp bildirib.
Amerika lideri iddia edib ki, Kanada illərdir ABŞ-dən öz xeyrinə istifadə edir:
“Biz bunun baş verməsinə icazə verməyəcəyik. Bizim subsidiyalarımız olmasa, Kanada həqiqətən də mövcud olmaz”.
Xatırladaq ki, D. Tramp əvvəllər dəfələrlə Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasının lehinə çıxış edib, ona bu halda hərbi və digər üstünlüklər vəd edib. Kanada səlahiyyətliləri, o cümlədən istefa verən baş nazir Castin Trudeau, bunun heç vaxt baş verməyəcəyini bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta