“Kanada tamamilə bizdən asılıdır, ayrıca dövlət ola bilməz” – Tramp
“Kanada tamamilə bizdən asılıdır və buna görə də ayrıca dövlət ola bilməz”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlama verərkən deyib.
“Biz Kanadada ildə 250 milyard dollar itiririk. Mən bunu bir gündə dayandıra bilərdim və Kanada müstəqil bir ölkə kimi mövcud olmazdı”, - deyə Tramp bildirib.
Amerika lideri iddia edib ki, Kanada illərdir ABŞ-dən öz xeyrinə istifadə edir:
“Biz bunun baş verməsinə icazə verməyəcəyik. Bizim subsidiyalarımız olmasa, Kanada həqiqətən də mövcud olmaz”.