AZ

Süni zəka düşünə də bilir

Bu yaxınlarda süni zəka sahəsində maraqlı bir hadisə baş verib. Chat GPT şirkəti “O3” adlı yeni modelini təqdim edib. Bu model müəyyən tapşırıqları mövcud həll yollarından istifadə etməklə deyil, məntiqlə, yeni üsullar və təhlillər aparmaqla həll edib.

Yeni model verilən əmri cavablamazdan əvvəl, mövzu ilə bağlı detalları dəyərləndirib, daha sonra ən doğru cavabı ümumiləşdirib və daha dəqiq nə[1]ticə əldə edib. Bu yanaşmalar süni zəkanın mürək[1]kəb problemləri həll etmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Bir sözlə, yeni süni zəka modeli müstəqil düşünmək qabiliyyətini nümayiş etdir[1]məklə yanaşı, həm də bunu insandan daha yaxşı bacardığını sübut edib. 

Aydın olub ki, bu, artıq sözün əsl mənasında ta[1]mamilə robot deyil, düşünən subyektdir. Bu hadisə[1]nin isə mühüm nəticələri var. 

Birincisi, Yer üzündə insandan daha ağıllı bir “varlığ”ın görünməsi bizi təkamülün zirvəsindən endirərək ikinci edəcək. Birinci yerdə süni zəka da[1]yanacaq. Bu, insanla neandertalın müqayisəsini xa[1]tırladır. Sanki neandertalların əvvəllər olduğu yerdə insan dayanacaq. Onlar da ağıllı varlıqlar olub, la[1]kin yenə də insanlardan daha sadədirlər.

 İkincisi, tərəqqi, inkişaf davam edir və çox yaxın zamanda “O3”dən sonra “O4”, “O5” və s. süni zəkalar ortaya çıxacaq. Bu versiyalar insanlar[1]dan xeyli ağıllı olacaq, o qədər ki, biz onların işlə[1]rini, maraqlarını və istəklərini başa düşməkdə aciz qalaçağıq. 

Üçüncüsü, inkişaf etmiş super-ağıllı süni zəka insanlar üçün həm də səmərəlidir. Çünki həll edə bilmədiyimiz sırf elmi problemləri bu super-ağıllı süni zəkaya yükləyə biləcəyik. Obrazlı desək, “Alz[1]heimer” xəstəliyini müalicə etmək üçün müalicənin tapılmasını ona tapşıracağıq. Və o da müalicəni ta[1]pacaq. İnsanları bir çox xəstəliklərdən xilas edəcək. 

Dördüncüsü, bu xeyir bizi böyük bir problemə, hətta sivilizasiyanın sonuna apara bilər. İnsanlar həyatın mənasını tamamilə itirə bilərlər: xəyal edə biləcəkləri hər şeyi, super-ağıllı bir maşın milyon dəfə daha yaxşı və daha sürətli edəcək. Belə bir süni intellektin nəzarəti altında isə həyat mənasızlaşa bilər. Çünki süni zəkanın sayəsində problemlər həll olunur, təhlükələr aradan qaldırılır, təbiət qanunları öyrənilir, kainatın sirləri açılır, istəklər təmin edilir. Daha səy göstərmək üçün heç nə qalmır. Bu şəraitdə insanlar, təəssüf ki, rahatlığını virtual aləmdə axtar[1]malı olacaqlar. 

Siz necə düşünürsünüz, əziz oxucular?!

PÜNHAN

XQ

Seçilən
6
50
xalqqazeti.az

10Mənbələr