AZ

“Tramp İlon Mask başda olmaqla milyarderləri ətrafına ona görə yığıb ki...” - Analitik

Yazını böyüt
Yazını kiçilt

“Açığı, mən düşünmürəm ki, Tramp özündən sonra İlon Maskı prezident etmək üçün hansısa planlar qurur. Bu, qeyri-mümkündür. Ona görə ki, ABŞ Konstitusiyasına görə bu dövlətin prezidenti yalnız bu ölkədə doğulmuş şəxs ola bilər. Mask isə Cənubi Afrika Respublikasında doğulub, Şimali Amerikaya isə, səhv etmirəmsə, 17-18 yaşında gəlib. O əvvəlcə Kanadada yaşayıb, sonradan ABŞ-yə gəlib. Yəni bu, qeyri-mümkün bir şeydir. Konstitusiyanı da dəyişdirmək mümkün deyil. Çünki ABŞ Konstitusiyasını dəyişmək və ya ona əlavə etmək üçün bütün ştatlar öz senatı səviyyəsində onu təsdiqləməlidir. Bu da mümkünsüzdür”.

Bu fikirləri hafta.az-a açıqlamasında “Belə bir versiya var ki, Tramp əvvəllər törətdiyi çoxsaylı cinayətlərə görə hakimiyyətdən getdikdən sonra da təqib olunmaqdan qorunmaq üçün özündən sonra dünyanın rəsmən ən varlı adamı hesab edilən və ona seçkilərdə böyük maliyyə dəstəyi vermiş İlon Maskı prezidentliyə namizəd kimi yetişdirmək istəyir” sualını cavablandırarkən ifadə edib.

“Mən sadəcə düşünürəm ki, Tramp ətrafına “bigtex” deyilən həmin İlon Maskın, eləcə də Sukerberqin, Bezosun və s. aid olduğu böyük şirkət sahibləri, milyardərlər toplusunu yığmaqla onlarla Amerikanın ənənəvi transmilli deyilən şirkətləri, başqa sözlə köhnə kapital arasında bir balans yaratmağa çalışır. Çünki  ABŞ isteblişmentinə çox ciddi təsiri olan maliyyə və bank sektoru birmənalı şəkildə Trampın əleyhinədir. İndi Tramp öz aləmində həmin “biqtex”ə daxil olan İlon Mask kimi adamlardan bir qrup yaradır ki, o köhnə, ənənəvi iqtisadi qruplara bir növ təzyiq etsin. Bu, effekt verəcəkmi? Düşünmürəm. Məsələ ondadır ki, həmin  böyük texnoloji şirkətlər pullarını havadan qazanırlar, dövlət dotasiyalarından qazanırlar. Axı onlar çox az real məhsul istehsal edirlər. “Real məhsul” dedikdə nəyi nəzərdə tuturam. Yəni tutalım ki, insan internetsiz, “feysbuk”suz, “amazon”suz yaşaya bilər, amma ərzaqsız, digər gündəlik tələbatı olan məhsullar olmadan yaşaya bilməz.  Ona görə də həmin real iqtisadiyyat, istehsal iqtisadiyyatı, istehsal sənayesi öz mövqelərini qoruyub saxlayacaqdır.  Tramp sadəcə olaraq onlardan qorunmaq üçün İlon Mask başda olmaqla “biqtex” milyarderlərini başına yığıb”, - deyə davamında analitik diqqətə çatdırıb.

Seçilən
3
45
hafta.az

10Mənbələr