AZ

Aİ Suriyanın enerji sektoruna qarşı sanksiyaları ləğv edə bilər

Aİ yanvarın 27-də bloka daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşündə müvafiq razılıq əldə olunarsa, Suriyaya qarşı enerji və nəqliyyat sektorları ilə bağlı sanksiyaları ləğv edə bilər.

Bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, assosiasiyanın 27 dövlətinin diplomatları Suriya iqtisadiyyatının bərpası və sabitləşməsi üçün vacib olan ərazilərdə məhdudiyyətlərin dayandırılması üçün təcili tədbirlər görməyi tövsiyə edib. Eyni zamanda Suriya ilə bank və investisiya əlaqələrinin bərpası imkanlarının nəzərdən keçirilməsi də tövsiyə edilib.

“Cebheinfo.az”

Seçilən
16
19
cebheinfo.az

10Mənbələr