İsmayıllının Qıçatan kəndinin sakinləri qazsız qalıblar.
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirirlər ki, ətraf kəndələrdə mavi yanacaq var, ancaq onlarda yoxdur.
Dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşdiyindən buranın qışı çox sərt keçir. Evləri normal temperaturda saxlamaq üçün sentyabrdan başlayaraq may ayına qədər odun sobaları yandırılır.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq.
Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, kəndin qazlaşdırılmasına qarşıdakı dövrdə baxılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.