Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bazar günü Alulda İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb...
Poliqon bu barədə Reuters nəşri istinadən xəbər verir.
“Vəliəhd Şahzadə və İtaliyanın Baş naziri ikitərəfli əlaqələri nəzərdən keçirib, müxtəlif sahələrdə onları dəstəkləmək və gücləndirmək yollarını araşdırıb, həmçinin qarşılıqlı maraq doğuran regional, beynəlxalq hadisələri müzakirə ediblər”, media yazıb.
Öz növbəsində Meloni bildirib ki, İtaliya iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi çərçivəsində Səudiyyə Ərəbistanı ilə təxminən 10 milyard dollar dəyərində əməkdaşlıq və sənaye sazişləri imzalayıb.
"Əməkdaşlığımızda böyük potensial var və mən arzu edirəm ki, bu səfər bizim tərəfdaşlığımızda tamamilə yeni mərhələ açsın. Bu gün imzaladığımız birgə bəyannamədə məhz bu nəzərdə tutulub. Bu onu göstərir ki, ölkələrimiz öz üfüqlərini genişləndirə və bir çox yeni imkanları birlikdə kəşf edə bilərlər”, Meloni qeyd edib.
Onun sözlərinə görə, İtaliya və Səudiyyə Ərəbistanı səfər zamanı hökumət səviyyəsində çoxsaylı sazişlər, habelə dövlət və özəl təşkilatlar tərəfindən imzalanmış anlaşma memorandumları imzalayıb.
Poliqon.info