Baş nazir Giorgia Meloni Ər-Riyada səfərdə olarkən İtaliya və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə 10 milyard dollarlıq müqavilə imzalandığını bildirib.
Editor.az bu barədə xarici mediaya istinadla məlumat yayıb.
Hökumət başçısı qeyd edib ki, İtaliya və Səudiyyə Ərəbistanı infrastruktur, enerji əməkdaşlığı, texnoloji innovasiyalar, müdafiə, elmi tədqiqatlar, kənd təsərrüfatı sektoru, idman, turizm, mədəni və arxeoloji irsin inkişafı sahələrində ümumi maraqlara malikdir. Meloni vurğulayıb ki, ölkələr ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün ümumi istəklidirlər. O, 10 milyard dollarlıq müqavilələrin imzalanmasını “fövqəladə addım” və hər iki ölkənin gələcəkdə birgə işləmək öhdəliyi ilə həqiqi əməkdaşlığa doğru ilk addım kimi qiymətləndirib.
//Gülnarə Abasova, Editor.az