AZ

​Hoteldəki yanğına görə daha iki məmur həbs edildi

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda hoteldə baş verən yanğına görə daha iki nəfər həbs edilib.Metbuat.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.Bildirilib ki, hadisə ilə bağlı Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülener və Xilasetmə Müdirinin müavini Kenan Coşkun həbs edilib.Bununla da istintaqda saxlanılanların sayı 18-ə yüksəlib.Qeyd edək ki, hadisə ilə bağlı hotel sahibi Halit Ergül və biznes meneceri Emir Aras həbs edilib.

Xatırladaq ki, yanvarın 21-i baş verən yanğında ümumilikdə 78 nəfər həlak olub.

Seçilən
10
17
metbuat.az

10Mənbələr