Türkiyənin tanınmış teleaparıcısı və maliyyə məsləhətçisi Nedim Türkmen Bolu vilayətində yerləşən Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğında dünyasını dəyişib...
Poliqon xəbər verir ki, bu barədə Bloomberg HT telekanalı məlumat yayıb.
Materialda qeyd olunur ki, jurnalistin həyat yoldaşı və iki övladı - 22 yaşlı oğlu və 18 yaşlı qızı da qurban olub.
Qeyd edək ki, “Grand Kartal” otelində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı 12 mərtəbəli binada uşaqlı ailələr də daxil olmaqla 238 qonaq olub. Onların bir çoxu məktəb tətilini keçirmək üçün kurorta gəlmişdilər.
Poliqon.info