AZ

“Grand Kartal” otelindəki yanğında teleaparıcı da ölüb

Türkiyəli teleaparıcı və şərhçi Nedim Türkmen Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən faciəvi yanğın zamanı dünyasını dəyişib. Bu barədə Bloomberg HT məlumat yayıb. 

Telekanalın açıqlamasında deyilir: "Şərhçimiz Nedim Türkmen, həyat yoldaşı Ayşe Neva, qızı Ala Dora (18 yaş) və oğlu Yüce Ata (22 yaş) Boluda oteldə baş verən yanğında ölüblər".

Türkmən tez-tez Bloomberg HT-də çıxış edərək iqtisadi və maliyyə gündəmi ilə bağlı öz fikirlərini səsləndirirdi.

Bundan əvvəl “Sabah” qəzeti yazmışdı ki, Boluda baş verən yanğına mətbəxdəki manqal səbəb olub.

Tural

Seçilən
8
2
news365.az

10Mənbələr