Tanınmış teleaparıcı, jurnalist, maliyyə məsləhətçisi və idman meneceri Nedim Türkmen Türkiyənin Bolu vilayətində baş verən yanğında faciəvi şəkildə ölüb.
Editor.az xəbər verir ki, bu barədə “Bloomberg HT” telekanalı məlumat yayıb. Məlum olduğu kimi, ötən həftə Kartalkaya dağ-xizək kurortunda yerləşən otellərdən birində yanğın baş verib. Mətbuatın yazdığına görə, jurnalist ailəsi ilə birlikdə burada tətildə olub. Yanğın zamanı onun həyat yoldaşı və iki övladı da həlak olub: 18 yaşlı qızı və 22 yaşlı oğlu.
Nedim Türkmen tez-tez “Bloomberg HT”də çıxış edib. Onlarda analitik və şərhçi kimi çıxış edib.
Daha əvvəl Türkiyənin Bolu vilayətində 78 nəfərin öldüyü “Grand Kartal” otelinin sahibi faciəyə görə otel işçilərini günahlandırmışdı.
//Samir Qurbanov, Editor.az