AZ

Türkiyədə 1 301 çeşid dondurma ilə dünya rekordu: Balıqlı, kələmli, fındıqlı...

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin şimal-şərqində yerləşən Ordu vilayəti bu gün bütün dünyanın diqqətini çəkib. Belə ki, yerli kulinariya ustalarından olan Celal Karaarslan və onun peşəkar komandası tərəfindən hazırlanan 1 301 çeşid dondurma 125 metrlik nəhəng bir masada nümayiş etdirilərək "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Hürriyet" xəbər yayıb.
Yerli məhsulların zənginliyindən ilhamlanaraq yaradılan bu unikal dondurma kolleksiyasında balıq, kələm, fındıq və digər qeyri-adi təamlardan istifadə edilib.
Dondurmalar "Ginnesin Rekordlar Kitabı"nın Türkiyə üzrə nümayəndəsi Şeyda Subaşı Gemici və həmkarları tərəfindən yoxlanılıb.
Seçilən
2
2
oxu.az

10Mənbələr