Bakı. Trend:
İtaliya ilə Səudiyyə Ərəbistanı arasında enerji, infrastrukturvə turizm sahələrini əhatə edən 10 milyard dollarlıq müqavilələrimzalanıb.
Trend xəbər verir ki,İtaliyanın Baş naziri Ciorcia Meloni Səudiyyə Ərəbistanına rəsmisəfəri çərçivəsində Krallığın vəliəhdi, Baş nazir Məhəmməd binSalman bin Əbdüləziz Al Səud ilə görüşüb. Daha sonraİtaliya-Səudiyyə Ərəbistanı yüksək səviyyəli dəyirmi masakeçirilib.
Ciorcia Meloni deyib ki, həm hökumət, həm də özəl səviyyədəçoxsaylı müqavilələr imzalanıb.
“Bütün Aralıq dənizi üçün bir fürsət, ümumi dəyəri 10 milyarddollar olan razılaşmalar əldə etdik. Ölkələrimiz arasındaəməkdaşlıq üçün yeni dövr başlayır. “Mattei Planı”na uyğun olaraqAfrikada əməkdaşlıq üçün özəl sektor tərəfindən də sazişlərimzalanıb”, - deyə Baş nazir qeyd edib.