AZ

Moskva sıxışdırıldı, Ankara önə çıxdı - Bakının hesabına...

Rusiya bazardan sıxışdırıldığı üçün Türkiyə Avropanın aparıcı təbii qaz tədarükçüsü olmağı hədəfləyir. Ankara indi Brüssellə müvafiq dialoqa başlamaq üçün diplomatik səylər göstərir.

Axar.az xəbər verir ki, bu barədə "Politiko" məlumat yayıb.

Türkiyənin AB-dəki səfiri Faruk Kaymakçı da nəşrə verdiyi şərhdə bildirib ki, AB ilə əlaqələrin planlaşdırılmış şəkildə bərpa edilməsinin bir hissəsi olaraq enerji sahəsində əməkdaşlıq gündəmin ilk sırasında olacaq:

"Bizim Cənub Qaz Dəhlizimiz var. 18 milyard kubmetr qazımız var ki, bu da əsasən Azərbaycandan gəlir və onu Aralıq dənizi qazına qoşmaqla bunu asanlıqla genişləndirə bilərik. Bizim rolumuz, potensialımız böyükdür".

Nəşr vurğulayıb ki, Ankaranın Brüssellə enerji danışıqları 2019-cu ildə Türkiyə ilə AB üzvü Kipr arasında Aralıq dənizində qaz axtarışı hüququ ilə bağlı mübahisəyə görə dayandırılmışdı:

"Türkiyə Azərbaycan qazını ixrac etməklə yanaşı, Qara dənizin altından keçən “Türk axını” boru kəməri ilə Rusiyadan yanacaq idxal edir. Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı saziş başa çatdıqdan sonra bu dənizaltı əlaqə Moskvanın Avropa bazarına çıxa biləcəyi yeganə marşrutdur".

Seçilən
4
8
axar.az

10Mənbələr