AZ

“Psixotrop dərman” ittihamı boğulanın saman çöpündən yapışmaq cəhdidir”

Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda məhkəməsi keçirilən separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı uğursuz açıqlama verib.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, peşəkar hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Təqsirləndirilən şəxslər Azərbaycan ərazisində çoxasylı cinayətlərin törədilməsində təşkilatçı və iştirakçı olub. Bununla bağlı əsaslı şübhələr var və onlara qarşı ittihamlarda da məhz bu məqamlar yer alıb.

 

Ermənistan  həm də çoxsaylı terror aktları ilə gündəmə gələn, bu cür terror aktlarına meyilli olan bir dövlətdir. Istisna deyil ki, onlar yenə də terror aktlarına əl atsınlar. Bu səbəbdən Azərbaycanın məhkəmə prosesi ilə bağlı ciddi təhlükəsizlik tədbirləri həyata keçirməsi məntiqli və tamamilə başadüşüləndir.

 

Paşinyanın məlum iddiasına gəlincə, bunlar gülünc və reallıqdan uzaqdır. Bunlar heç bir sübuta əsaslanmayan manipulyasiya cəhdididr.

 

İttiham olunan şəxslər vəkillərin iştirakı ilə ifadə veriblər. Onlarla beynəlxalq təşkilatların nümayəndələri də görüşürlər və bugünə qədər onların hər hansı birindən heç bir şikayət daxil olmayıb. Bu cür açıqlamalarda əsas məqsəd beynəlxalq ictimai rəyi çaşdırmaq, diqqəti separatçıların törətdiyi qanunsuz əməllərdən yayındırmaqdır. Daha bir mqəsəd isə Azərbaycanın nüfuzuna kölgə salmaqdır.

 

Azərbaycan hər zaman hüququn aliliyinə əsaslanan addımlar atıb. Biz hazırkı məhkəmə prosesində də buna şahid olmaqdayıq.

 

44 günlük müharibə dövründə Paşinyanın verdiyi əmrlərlə Azərbaycanın şəhərləri bombalanıb. Araik Aratyunyanın ifadələrində də bununla bağlı konkret müddəalar var. Paşinyan bütün bunlardan diqqəti yayındırmaq üçün belə siyasi bəyanatlar səsləndirir ki, bu da boğulanın adamın saman çöpündən yapışmasını xatırladır”.

 

Seymur ƏLİYEV

 

Seçilən
5
17
moderator.az

10Mənbələr