AZ

Kolumbiya kolumbiyalı miqrantları daşıyan ABŞ təyyarələrinin ölkə səmasına daxil olmasına icazə verməyəcək

Kolumbiya prezidenti Qustavo Petro ölkəsinin deportasiya edilən kolumbiyalıları daşıyan ABŞ təyyarələrinə girişi qadağan etdiyini bildirib. Bu barədə o, X sosial şəbəkəsində yazıb.

“ABŞ kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşa bilməz. "Mən kolumbiyalı miqrantları daşıyan Amerika təyyarələrinin ərazimizə daxil olmasını qadağan etmişəm",- deyə Petro yazıb.

Onun sözlərinə görə, ABŞ Kolumbiya miqrantları yenidən qəbul etməyə başlamazdan əvvəl onlarla ləyaqətli rəftar üçün protokol hazırlamalıdır.

Bundan əvvəl məlum olub ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti Ukraynadan olan miqrantların öz ərazisində müvəqqəti məskunlaşmaq üçün ölkəyə köçməsinə icazə verən bəzi proqramları dayandırıb.

Oxuməni.az

Seçilən
7
21
oxumeni.az

10Mənbələr