AZ

Biomimetik yanaşma: İnsan bağırsağı innovativ akkumulyatorun yaradılmasına kömək etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq alimlər qrupu insan bağırsağı əsasında innovativ litium-kükürd batareyası yaradıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bununla bağlı Stanford Universiteti və Vyana Texnologiya İnstitutundan olan alimlərin tədqiqatlarının nəticələri "Nature" elmi jurnalında dərc edilib.
Layihə rəhbərinin sözlərinə görə, innovativ texnologiya batareyaların enerji tutumunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Yeni qurğunun əsas elementi insan nazik bağırsağının xovlarını struktur baxımından təkrarlayan sink oksidinin nanoölçülü liflərindən ibarət qoruyucu təbəqədir.
Bu biomimetik yanaşma mədə-bağırsaq traktının qida maddələrini paylaşdırdığı kimi aktiv material hissəciklərini səmərəli şəkildə toplamağa və onları işə qaytarmağa imkan verir.
Bundan əlavə, mühəndislər elektrolitlə təmasdan membranla qorunan kükürdlü katod (litium-kükürd batareyalarında kükürd əsaslı müsbət elektrod) yaradıblar. Bu yanaşma sayəsində yeni batareya ənənəvi litium-ion batareyaları ilə müqayisədə xüsusi enerji istehsalında beşqat üstünlük təmin edə bilər.
Bütün zəruri sınaqlar başa çatdıqdan sonra bu cür batareyaların kütləvi istehsalının üç-dörd il ərzində başlayacağı gözlənilir.
Seçilən
2
50
oxu.az

10Mənbələr