Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqında Belarusda keçirilən prezident seçkilərinin saxta olduğu və bununla əlaqədar Minskə qarşı sanksiyalar tətbiq ediləcəyi bəyan edilib.
Bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas ilə Aİ-nin genişlənməsi məsələri üzrə komissar Marta Kos bəyanat veriblər.
Belarusun Mərkəzi Seçki Komitəsinin məlumatına görə, indiki Prezident Aleksandr Lukaşenko seçicilərin 86,82 faizinin səsini qazanaraq bir daha dövlət başçısı seçilib.
Hürr Tərcüman