AZ

Avropa İttifaqının Ermənistan kimi iqtisadi cəhətdən zəif oyunçunu qəbul etməsi inandırıcı görünmür

Aİ ölkələri hazırda həm anti-Rusiya sanksiyalarının nəticələri, həm də Ukraynanın Rusiya qazının öz ərazisindən tranzitini dayandırmaq qərarı ilə bağlı ciddi maliyyə çətinlikləri yaşayır. Bu səbəbdən qurumun qarşıdakı illərdə yeni iqtisadi cəhətdən zəif oyunçunu qəbul etməsi inandırıcı görünmür. İttifaq hətta onunla birbaşa həmsərhəd olan Balkan ölkələrinin də qəbulunu təxirə salıb. Bu reallıqlar fonunda Ermənistanın quruma üzvlük şansı sıfra bərabərdir.

Qərb faktiki Ermənistan üzərindən Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışır. Nikol Paşinyan böyük ümidlərlə parlamentin İttifaqa üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul etməsini gözləyir. O, ölkəsinin Avropa İttifaqı ilə inteqrasiya prosesinə başladığını xəyal edir. Məsələ burasındadır ki, Ermənistanın tərəfdaş kimi Avropa İttifaqı üçün heç bir siyasi və iqtisadi cəlbediciliyi yoxdur. Ermənistan iqtisadi baxımdan Rusiyadan asılıdır, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. İrəvanın Aİİ ilə münasibətləri məhdudlaşdırılarsa, Ermənistanda enerji və ərzaq qiymətləri bahalaşacaq, Ermənistan mallarının ixracı isə 80% azalacaq.  Sadəcə, kollektiv Qərb Ermənistanın Rusiyanı nəzarətindən çıxarmaq üçün şirnikləndirici vədlər verir. İrəvanda İttifaqın son illər xüsusilə təhlükəsizlik sahəsində dəstəyini qabardardırlar. Burada isə söhbət təbii ki, “mülki missiya” adı altında Azərbaycanla sərhədə yerləşdirilən təxribatçı Aİ missiyasından gedir. Bu fəalliyyət Ermənistanda revanş üçün əsas səbəblərdən biridir. 
Eyni zamanda iqtisadi inkişafla bağlı da İttifaqdan yardım gözləyirlər. Amma Aİ-nin Ermənistana bərabərhüquqlu tərəfdaş kimi yox, daha çox əyləncə obyekti kimi yanaşdığını görürük.   

Hər nə qədər Qərb bu əməkdaşlığın digər tərəflərə yönəlmədiyini iddia etsə də yaranmış mənzərə reallığın nədən ibarət olduğunu söyləməyə əsas verir. Əslində bu, Ermənistanı Qərbin forpostuna çevirmək istəyidir. Cənab Prezident də dəfələrlə xəbərdarlıq edib ki, Qərbin Ermənistanı Cənubi Qafqazdakı forpostuna çevirmək cəhdləri mənfi nəticələr verəcək. 

Digər tərəfdən, Ermənistan Avropa İttifaqına üzvlük öhdəliklərini öz üzərinə götürməyə hazır deyil. Bunu hətta bəzi erməni ekspertlər özləri də etiraf edir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı

Seçilən
11
27
ikisahil.az

10Mənbələr