ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İordaniya, Misir və ola bilsin ki, digər ərəb ölkələrinin liderləri ilə danışıqlar aparır və onları Qəzza zolağının sakinlərini qəbul etməyə razı salmağa çalışır, “Reuters” xəbər verir.
ABŞ-ın yeni hökuməti yenidənqurma işləri zamanı təxminən bir milyon yarım fələstinlinin məskunlaşdırılmasını təklif edir. Lakin Trampın fikrincə, köçürülmə ya müvəqqəti, ya da uzunmüddətli ola bilər.
Tramp vurğulayıb ki, müharibə Qəzza zolağının viran qalmasına səbəb olub və hazırda orada yaşamaq sadəcə olaraq mümkün deyil.
Bundan əvvəl Trampın Yaxın Şərq regionu üzrə nümayəndəsi Stiv Vitkoff da Fələstinlilərin Qəzzadan digər ölkələrə, o cümlədən İndoneziyaya köçürülməsi imkanının nəzərdən keçirildiyini bildirmişdi.
Cakarta Ağ Evin planı haqqında heç nə bilmədiyini söyləyib. İndoneziya Xarici İşlər Nazirliyi ölkəsinin sektorun müharibədən sonrakı yenidən qurulmasına kömək etməyə hazır olduğunu bildirib.
İordaniya və Misirin hakimiyyət orqanları, eləcə də Fələstin administrasiyasının nümayəndələri bazar günü rəsmi olaraq bildiriblər ki, onlar müvəqqəti də olsa qəzzalıların köçürülməsi ilə razı deyillər.
Almaz Həsənli