AZ

Tramp qəzzalıların bölgədən köçürülmə fikrini təkrarladı: "Onların iğtişaşlar və zorakılıq..."

ABŞ prezidenti Donald Tramp Qəzzada yaşayan fələstinlilərin bütövlükdə qonşu ölkələrə köçürülməsi fikrini yenidən təkrarlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Mayamidən Vaşinqtona qayıdarkən təyyarədə mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.

Tramp qəzzalıların qonşu ölkələrə köçürülməsinin bölgədə sabitliyin tam ətminatı olduğunu iddia edib: "Bəli, mən əvvəllər dediyim bu fikrin üzərində yenə dayanıram. Qəzzadakı fələstinlilər iğtişaş və zorakılıq olmadan yaşaya bilər. Bunun üçün onlar Yaxn Şərqin digər sabit ölkələrindən birinə köçürülə bilərlər. Hesab edirəm, bu, sbaitlik üçün ən ideal variantdır. Mən onların sabit bölgədə rahat yaşamalarını istəyirəm. Qəzza zolağına baxanda isə görürsən ki, cəhənnəm kimidir. Ora uzun illər belədir, orada uzun müddətdir zorakılıq hökm sürür. Mən isə artıq Yaxın Şərqdə sülhü görmək istəyirəm. Məncə, insanların çox daha təhlükəsiz və daha rahat ərazilərdə yaşamasına şərait yarada bilərik".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
3
15
mia.az

10Mənbələr