Qəza sektorundakı atəşkəs vasitəçiləri - Qətər, Misir və ABŞ - yanvarın 19-dan atəşkəs rejiminin qüvvəyə mindiyi andan etibarən ciddi pozuntular qeydə almayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qətər Baş nazirinin müşaviri Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə deyib.
"Bu vaxta qədər eskalasiyaya və ya razılaşmaların pozulmasına səbəb ola biləcək ciddi atəşkəs pozuntuları olmayıb", - o bildirib.
Qeyd edək ki, yanvarın 19-da İsrail hökuməti HƏMAS ilə atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.