AZ

İrana gizli məlumatlar sızdıran İsrail əsgərləri həbs olundular

İsraildə İranın xeyrinə casusluqda şübhəli bilinən iki ehtiyat əsgəri saxlanılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şübhəlilərdən biri Hava Hücumundan Müdafiə Korpusunda hərbi xidmətdə olarkən əldə etdiyi məxfi məlumatları İran agentinə ötürməkdə ittiham olunub.

Yuri Eliaspov və Georgi Andreev adlı şübhəlilər Şin Bet (İsrail Kəşfiyyatı), İsrail polisi və Lahav 433 Milli Cinayət Bölməsinin birgə əməliyyatı nəticəsində Krayot bölgəsində ələ keçiblər. 

Araşdırmalar zamanı məlum olub ki, Yuri aylardır İran agenti ilə əlaqə saxlayıb və maddi qazanc üçün tapşırıqlar həyata keçirirmiş.

Rəsmilərə görə, Yuri İran agentinin göstərişi ilə İsrailin müxtəlif yerlərində \"Ruhullahın uşaqları” yazılmış qraffitilər çəkib.
 
Onun hərbi xidmətdə olarkən əldə etdiyi gizli müdafiə materiallarını İran hakimiyyətinə təhvil verdiyi də bildirilib.

İsrail rəsmiləri hadisənin təhqiqatının davam etdiyini və bunun milli təhlükəsizliyə yaratdığı təhdidləri hərtərəfli araşdırdıqlarını açıqlayıblara.
 
Mikayıl
Seçilən
10
50
azxeber.com

10Mənbələr