AZ

İsraildə 2 İran casusu həbs olundu

İsraildə İranın nəfinə casusdluq etmiş 2 nəfər həbs olunub.

Yenisabah.az Times of Israel-ə istinadla xəbər verir ki, onlar İsrail ordusunun (IDF) ehtiyatda olan hərbçiləri 21 yaşlı Yuri Eliasfov (solda) və həmyaşıdı Georgi Andreyevdir.

Həbs əməliyyatını polis və "Şin Bet" təhlükəsizlik xidməti həyata keçirib.

Əsas şübhəli, 21 yaşlı Yuri Eliasfov ordunun "Dəmir Günbəz" bölməsində xidmət edib və raketdən müdafiə texnologiyası ilə bağlı çox həssas materialı öz iranlı rezidentinə ötürüb.

Eliasov ikinci şəxsi, 21 yaşlı dostu Georgi Andreyevi casusluğa cəlb edib.

O, İran agentindən 2500 dollar, Andreyev isə 50 dollar muzd alıb.


Telegram kanalımız
Seçilən
4
50
yenisabah.az

10Mənbələr