AZ

Pulsuz qalan, taleyi tükdən asılı olan komandada sular durulur…

Bir müddətdir ki, «Səbail» həyatla çarpışır.

ASCO klubla münasibətlərində son nöqtəyə yaxınlaşır.

Heç kimə sirr deyil ki, ASCO artıq bir əllərini «Səbail»in üzərindən göütürüblər. İkinci əli isə mayın sonunda, Premyer Liqada mövsüm başa çatan kimi geri çəkəcəklər.

Ovaxtadək isə hələ çox sular axacaq. Cavid Hüseynov komandanı liqada saxlaya bilməsə, «Səbail»in «qanı getdi».

I Liqaya yuvarlanandan sonra kimdir kluba pul və diqqət ayıran?

Yetimə «gəl-gəl» deyən çox olar, çörək verən az. Həmişə necə, indi də elə. «Səbail» göydən zənbillə düşməyib ki, istisna olsun.

İtirməyə daha nəyisə qalmayanın ölümünə ölüm-dirim mücadiləsi verməsi təbii haldır. Cavid Hüseynov bu prizmadan yanaşsaq, 2025-ci ilə əla başlayıb.

«Sumqayıt»ı səfərdə udduqları kimi, «Kəpəz»i də evdə üstələdilər və son 2 ayda ilk dəfə axırıncı pillədən yuxarı qalxdılar.

«Səbail» yalnız nəticə baxımından «ölü nöqtə»dən tərpənməyib. Komanda istəkli və məzmunlu oyunu ilə göz oxşamağa başlayıb.

Taktiki planda yenilənməyə Əhmədovun qatqısı şübhəsizdir. «Səbail» bu dəyişiklik sayəsində həm kompakt şəkildə müdafiə oluna, həm də hücuma çıxa, qol vura bilir.

Legioner-yerli ayrı-seçkiliyi aradan qalxıb.

Şahin Diniyevin çağında açıq-aşkar özünü hiss etdirən bu ayrıncalıq Cavid Hüseynovun sayəsində yox olub. Onun yerini mehribanlıq tutub.

Sıxıntılar aylar öncə ayrı-ayrı qruplaşmalara bölünmüş kollektivi birləşdirib.

MUSA

Seçilən
28
50
sportinfo.az

10Mənbələr