AZ

Uduzsalar da, ancaq başını dik tutdu: “Önəmli olan budur”

“Kəpəz”in ispaniyalı legioneri Kərim Lkoça Sportinfo.az-a müsahibə verib.

24 yaşlı yarımmüdafiəçi komandasının “Səbail”ə məğlubiyyətindən sonra (0:1) sualları cavablandırıb.

- Niyə məğlub oldunuz?

- Futboldur, bir komanda udur, o biri uduzur. Ötən həftə sevinən tərəf biz olmuşduq, bu gün rəqib oldu. Sözsüz ki, üzücü nəticədir. Ancaq önəmli olan gələcəyə ümidlə baxmaqdır. İnşallah, gələn matçda istəyimizə çatarıq.

- Tovuzda “Turan”ın qapısına 5 qol vurub, Bakıda sonuncu pillənin sahibi “Səbail”ə uduzmaq anormallıq deyil, səncə?

- Dediyim kimi, futbolda hər cür nəticə gözləniləndir. Bəlkə də ötən həftə bizim “Turan”ı udmağımız təəccüblə qarşılanmışdı. Bu dəfə “Səbail”qalib gəldi. Normal haldır mənə görə. Qeyri-adi nəsə baş verməyib.

- “Səbail” sizi nədə üstələdi?

- İlk dəqiqələrdən sürətli və pressinqlə başlamaqla lazım olan qolu vurdular. Start bizim üçün yaxşı olmadı. Qalan dəqiqələr bərabər səviyyədə keçdi. Halbuki, hər iki komandanın qol imkanları var idi.

- Ağır yenilgidir, deyilmi?

- Belə demək olar.

HƏBİB

Seçilən
24
50
sportinfo.az

10Mənbələr