Bakı. Trend:
Qırmızı qan hüceyrəsinin əsas funksiyası oksigenin ağciyərdəntoxumalara daşımaqdır. Qan azlığı zamanı bu funksiya tam təminedilmədiyi üçün toxumaların qidalanma və oksigenizasiyası yetərliolmur. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,hematoloq Şəhla Şabanova deyib.
TrendŞ.Şabanova ilə müsahibəni təqdim edir:
- Şəhla xanım, payız-qış mövsümündə hansı meyvə-tərəvəzlə qanazlığını aradan qaldırmaq olar?
- Bildiyimiz kimi, bir çox vitamin və mikroelementlər qanyaranmada aktiv iştirak edir. Bu vitamin və mikroelementlərdən ənvacibləri dəmir elementi, sianokobolamin (vitamin B12) və Folturşusudur (vitamin B9). Təbiətdə bunların hər biri bitki vəheyvani mənşəli qidalarda rast gəlinir.
Əlbəttə ki, hər bir meyvə-tərəvəz öz mövsümünə uyğun olaraqistifadə edilməlidir.
- Dəmir mikroelementinin orqanizm üçün nə kimi faydası var?
- Bildiyiniz kimi, qana qırmızı rəng verən hüceyrə eritrosit vəonun tərkibindəki hemoqlobin zülalıdır. Bədənimizdəki dəmirmiqdarının təxminən 2/3-si hemoqlobinin tərkibindədir. Yəni,dəmirin çatışmazlığı ilə hemoqlobin azlığı bir başa əlaqəlidir.Dəmirin miqdarında azalma, dəmir itkisi və ya qida vasitəsiləqəbulunun azalması nəticəsində qan azlığı (anemiya) izləniləbilər.
Bu səbəbdən erkən yorulma, təngnəfəslik, halsızlıq, başgicəllənmə, ətrafların soyuq olması, ürək döyüntüsünün artması,saçların qırılaraq tökülməsi, ağız bucaqlarında çatların yaranmasıvə s. kimi şikayətlər izlənilə bilər. Şikayətlər mütəxəssis həkimtərəfindən dinlənilərək, anemiya müayinəsi ilə tamamlanmalıdır.Müalicə həm medikamentoz, həm də duzgün qidalanma ilə aparılır.Duzgün qidalanma dedikdə, dəmirlə zəngin qida rasionu nəzərdətutulur.
Dəmirlə ən çox zəngin qida məhsulu əsasən qırmızı ət, yumurta, qurumeyvələr, yarpağı tünd olan tərəvəzlər (çuğundur, pazı), orqanikmeyvələr, tut bəhməzi, qarabaşaq hesab olunur. Qan yaranmada roloynayan dəmir bioyararlığına görə heyvani və bitki tərkibli dəmirəayrılır. Heme dəmiri və ya heyvan mənşəli dəmirə üstünlük verilir,çünki bədən tərəfindən asanlıqla sorulur. Nə qədər mövsumimeyvə-tərəvəzlər dəmirlə zəngin olsa da, birtərəfli bitki mənşəliqidalanmada yenə də qan azlığı yarada bilər. Bu səbəbdən, həmmeyvə-tərəvəz, həm də ət məhsullarından istifadə edilməlidir.
Həmçinin, B12 vitaminin çatışmazlığı da qanazlığı yarada bilər.Vitamin B12 və Fol turşusu çatışmazlığı zamanı Meqaloblastikdediyimiz qan azlığı yaranır. Bundan əlavə, B12 vitamini DNTsintezində, sinir sisteminin doğru işləməsində orqanizm üçün vacibrol oynayır. Onun çatışmazlığı qan azlığı ilə birgə, immunsisteminin zəifləməsi, metobolizma pozğuluğu, nevroloji vəpsixoloji dəyişikliklər yarada bilər.
B12 vitamini daha çox heyvani mənşəli qidalarda rast gəlinir. Ət,balıq, yumurta, süd və süd məhsulları bu vitaminlə zəngin qidavasitələridir. Taxıl məhsulları, bitki südləri, soya və badam südüdə B12 vitamini ilə zəngin hesab edilir.
Fol turşusu qan yaranmada vacib rol oynayan vitaminlərdəndir. O,DNT sintezində, qırmızı qan hüceyrələrin yaranma və çoxalmasındaiştirak edir. Embrional dövrdə ilk yaranan sistemlərdən biri sinirsistemidir ki, fol turşusu sinir sisteminin yaranmasında önəmli roloynayır. Hamiləlik dövründə yetərlı fol turşusunun qəbulu olmazsa,“Spina Bifida” dediyimiz problem, yəni ana bətnindəki dölün onurğakanalının tam bağlanmaması izlənilir. Məhz bu səbəbdən, hamiləlikplanlaşdıran xanımlara hamiləlik öncəsi bir neçə ay və hamiləliyinilk 3 ayı fol turşusu təyin edilir.
Təbii yolla fol turşusu ilə zəngin yeyəcəklər əsasən bitki tərkibliolur. Məsələn, kahı, göy soğan, cəfəri, yaşıl lobya, yaşıl mərci.Fol defisiti izlənilən şəxslərdə bu yeyəcəkləri qida rasionunamütləq əlavə edilməsi məsləhət görülür.
- Qeyri-sağlam qidalanma qan azlığı yarada bilərmi?
- Balanslaşdırılan qidalanma sağlam yaşamın ilk təməldaşlarındandır. Balanslaşdırılan qidalanma dedikdə, zülal,karbohidrat, yağ tərkibli, eləcə də vitamin və mineral ehtiyacınıqarşılayan qidalanma nəzərdə tutulur.
Sağlam qidalanma immun sistemi gücləndirir, bir çox xəstəliyinqarşısını alır. Bu səbəbdən də kiçik yaşlardan etibarən gündəlikqidalanma vərdişlərinə fikir vermək və sağlam qidalanmağı vərdişhalına salmaq vacibdir. Qeyri-sağlam qidalanma zamanı orqanizmgərəkli vitamin, mineral, zülal və digər vacib qidalarla təminolunmur.
Bəzən isə düzgün qidalanmama dedikdə, yanlış qida tərzi nəzərdətutulur. Məsələn, bir çox qida məhsulları var ki, bunları dəmirləzəngin qidalarla birgə istifadəsi dəmirin mədə-bağırsaqdansorulmasını azaldaraq, dəmir defisitli anemiyaya səbəb olur.Dəmirlə zəngin qida məhsulunu kəpəkli qidalar, qara çay, qəhvə iləbirgə qəbulu zamanı dəmirin sorulması ləngiyir. Ona görə, qeydedilən məhsulların yeməkdən 2 saat sonra qəbulu tövsiyə edilir.
- Qan azlığının immunitetə təsiri varmı?
- İmmun sistemin əsas funksiyası orqanizmi yad cisimlərdənqorumaq, mikroorqanizmləri məhv edərək, yayılmasının qarşısınıalmaqdır.
İmmun sistemin vacib xüsusiyyətlərindən biri də minlərlə fərqlimikroorqanizmi tanıyıb ayırd etməsidir. İmmun sistemin sağlamfəaliyyət göstərməsi üçün qida vasitələri kimi bir çox tövsiyələrvar.
Diqqət alınacaq hal sağlam qidalanmama zamanı immun sisteminzəifləməsidir. Karbohidratlarla zəngin və zülalla zəngin olmayanqidalanma, artıq çəki və ya yorğunluq immun sistemini zəiflədir.Uşaq vaxtından davam edən qan azlığı, düzgün qidalanmama yenə dəimmuniteti zəiflədən nüanslardandır. Düzgün qidalanma və həyatrejimi, fiziki aktivlik, yuxu rejiminə diqqət etmək immun sistemətəsir edən faktorlardan hesab edilir.
- Doktor, ildə neçə dəfə qan müayinəsi üçün hematoloqa müraciətedilməlidir?
- Hemoqram (yəni, qanın ümumi analizi) qanda olan qırmızı qanhüceyrəsi (eritrosit), ağ qan hüceyrəsi (leykosit), qanlövhəcikləri olan trombositlərin miqdarını göstərən sadətestdir.
Müasir zamanda tibbin inkişafı ilə bağlı qanın umumi analizində ənazı 28 parametr baxıla bilir. Bu da böyük üstünlüklər yaradır.Qanın ümumi analizini təhlil edərkən, pasientdə ilkin vəziyyətqabaqcadan görülür. Belə ki, şəxsdə qan azlığı varsa, onun hansınövü təxmin edilir. Qan azlığını hemoglobin, eritrosit, hemotokritdəyərlərinin normadan aşağı olması ilə izlənilir.
Digər hemoqramdaki vacib parametr orqanizmi müdafiə edən ağ qanhüceyrəsidir. O, leykosit və bu ailəyə daxil qan hüceyrələrin az vəya çox olması orqanizmdə immun vəziyyəti, allergik halı, qanınsistemik xəstəliyin olub-olmaması haqqında ilkin təxminyaradır.
Bundan başqa, qan trombositləri (trombosit hüceyrələri) qanamadarol oynayan vacib hüceyrələrdir. Hemoqramda bu hüceyrələrin normalsərhəddən az və ya çoxluğu qan xəstəliyi barədə ilkinsiqnaldır.
Qanın ümumi analizi ilkin testdir. Bir tək qanın ümumi analizi iləhansı tərəfə istiqamət alınmalı və ya şəxsin praktik sağlam olmasıbarədə ilkin fikirləri formalaşır.
Hər bir sağlam insan ildə iki dəfə həkim müayinəsindən keçməlidir.İlk öncə hemoqram testindən keçməlidir. Qanın ümumi analizidamardan qan alınıb qablaşdırılaraq, cihaz vasitətilə incələnir.Təxminən 1-2 saat ərzində nəticə hazır olur. İstər götürülməmexanizmi, istərsə də cavabın tez əldə edilməsi asan olan bu testilə bir çox xəstəliyi əvvəlcədən təxmin etmək mümkündür. Busəbəbdən də ildə 1-2 dəfə hemoqram testi ilə hematoloq müayinəsiarzuolunandır.