Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa İttifaqının onu dayandırmaq qərarına baxmayaraq, ölkəsi Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimi ləğv etməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Siyarto qeyd edib ki, ölkənin gələcəyi ilə bağlı qərarlar Brüsseldə deyil, Gürcüstanda qəbul edilməlidir.