AZ

Macarıstan Avroittifaqın Gürcüstanla bağlı qərarını yerinə yetirməkdən imtina etdi

Image

Macarıstanın xarici işlər naziri Piter Siiarto deyib ki, Macarıstan Gürcüstanın diplomatik pasportlarının sahibləri üçün vizasız rejimin dayandırılması haqqında Avropa İttifaqının qərarını yerinə yetirməyəcək.

“Macarıstan Gürcüstanla xidməti və diplomatik pasportların viza tələbindən azad edilməsinə dair razılaşmasını dayandırmayacaq, çünki Macarıstan hökuməti hesab edir ki, Gürcüstanın gələcəyi Gürcüstanda həll olunmalıdır və gürcülər Brüsselin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq aydın qərar veriblər” – Siiarto bildirib.

Qeyd edək ki, yanvarın 27-də Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə Gürcüstanın diplomatik pasportlarının sahibləri üçün vizasız rejimin dayandırılması haqda qərarı qəbul edilib. Slovakiya və Macarıstan bu qərara qarşı çıxıblar, ancaq buna baxmayaraq qərar qəbul edilib.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə Ali Nümayəndəsi Kaia Kalas bildirib ki, qərarı Avropa İttifaqına üzv dövlətlər öz daxili qaydalarında tətbiq etməlidirlər.

Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi isə bəyanat yayaraq, bildirib ki, rəsmi şəxslər üçün vizasız gediş-gəlişin dayandırılması “Xarici təsirin şəffaflığı” və “Ailə dəyərlərinin qorunması haqqında” qanunların qəbulu, eləcə də zorakı repressiyalarla bağlıdır.

ZÜMRÜD





Seçilən
27
7
baki-xeber.com

10Mənbələr