Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının qərarına baxmayaraq, Macarıstan Gürcüstan diplomatları üçün vizasız səfər rejimini ləğv etməyəcək.
Aİ XİN rəhbərlərinin iclasından sonra Macarıstanın xarici işlər naziri Peter Siyyarto macar jurnalistlərinə bu barədə məlumat verib. Nazir deyib: "Bizim fikrimizcə Gürcüstanın gələcəyi barəsində Brüsseldə yox, ölkənin özündə qərar vermək lazımdır. Gürcülər tam qəti qərarlarını veriblər. İstəyir Brüsselin xoşuna gəlsin, istəyirsə də gəlməsin".
Hürr Tərcüman