Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalina Lukaşenkoya və ölkədəki digər fiziki, hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Kanada hakimiyyəti Belarus prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalina Lukaşenkoya və ölkədəki digər fiziki, hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Operativ Media xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında bildirilir.
Sanksiya siyahısına ölkənin 10 yeni fiziki və 12 hüquqi şəxsi daxildir. Bəyanatda qeyd olunub ki, sanksiyalar yanvarın 26-da Belarusda keçirilən “qeyri-şəffaf, azad və ədalətsiz seçkilərə cavab olaraq” tətbiq edilib.