Kanada hakimiyyəti Belarus prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalinaya və digər fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında bildirilir.
Sanksiya siyahısına ölkənin 10 yeni fiziki və 12 hüquqi şəxsi daxildir. Bəyanatda qeyd olunub ki, tədbirlər yanvarın 26-da Belarusda keçirilən “qeyri-şəffaf, qeyr-azad və ədalətsiz seçkilərə cavab olaraq” tətbiq edilib.
Bundan əvvəl Britaniya hakimiyyəti Belarus Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Andrey Ananenkoya qarşı sanksiyalar tətbiq etmişdi. Bundan başqa, onun müavini Mixail Bedunkeviç və digər şəxslər də sanksiya siyahısına salınıb.
Yanvarın 27-də Belarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonu prezident seçkilərinin qalibi elan edib. Yeni müddət onun yeddinci müddəti olacaq.
Avropa İttifaqı Belarusda keçirilən prezident seçkilərini “saxta” hesab edir. Rusiya respublikada seçkilərin saxta keçirilməsi ilə bağlı iddiaları rəsmən pisləyib.
Bakupost.az