AZ

ABŞ şirkətləri “TikTok”u almağa çalışır

ABŞ prezidenti Donald Tramp bildirib ki, “Microsoft” Çinin “ByteDance” korporasiyasından “TikTok” qısa videolarının yaradılması və onlara baxılması xidmətini almaqda maraqlıdır.

KONKRET.az CNBC telekanalına istinadən xəbər verir ki,  Tramp bu xidməti əldə etməkdə maraqlı olan digər Amerika şirkətlərinin adlarını açıqlamayıb. Telekanalın məlumatına görə, ABŞ administrasiyası “TikTok” səhmlərinin 50%-nin alınması üçün potensial iddiaçıları seçir. Əsas iddiaçılar “SpaceX”, “Tesla” və “X” şirkətlərinin sahibi İlon Mask və “Oracle” şirkətinin rəhbəri Larri Ellisondur.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
14
16
konkret.az

10Mənbələr