AZ

“Zirə” “Araz-Naxçıvan”la xal fərqini azaltdı - REPORTAJ

Şamaxı - Zirə 1:2 (1:1)
1. Rikardo Fernandes - 5,0
17. Rafael Məhərrəmli - 5,0
(12. Maykl Tuik, 72) - 4,5
5. Arsen Ağcabəyov - 5,0
18. Cəlal Hüseynov - 5,0
82. Rüfət Abbasov - 5,0
(14. Vüsal Məsimov, 88) - qiymətsiz
20. Leroy Mikels (k) - 5,5
93. Brahim Konate - 6,5
30. Andrey Tırkovyanu - 5,0
(24. Edqar Adilxanov, 60) - 5,0
9. Belajdi Pusi - 5,0
3. Vladislav Veremeyev - 4,5
33. Alfons Msanqa - 5,5
(6. Rauf Rüstəmli, 88) - qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
60. Səbayıl Bağırov
23. Murad Vəliyev
19. Fəxri Məmmədli
89. Cəfər Muxtarov
32. Vasiliye Radenoviç
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Brahim Konate

13. Aydın Bayramov - 5,5
32. Qismət Alıyev (k) - 6,0
8. İsmayıl İbrahimli - 5,0
(15. Pyer Zebli, 46) - 5,0
14. Elçin Əlicanov - 5,5
4. Ruan Renato - 6,5
10. Georgi Papunaşvili - 5,5
(18. Junior Martins, 61) - 5,0
70. İssa Cibrila - 5,5
23. Rafael Utziq - 5,5
(90. Davit Volkov, 77) - qiymətsiz
24. Yusuf Laval - 4,5
(29. Ceyhun Nuriyev, 37) - 5,0
17. Ayron Qomis - 5,5
19. Salifu Suma - 7,0
(3. Ange Mutsinzi, 77) – qiymətsiz
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
21. Hacıağa Hacılı
16. Fuad Bayramov
11. Rüstəm Əhmədzadə
22. İldar Alekperov
5. Stefan Aka
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Salifu Suma

Qollar: B.Konate, 38 (1:0, B.Pusi) R.Renato, 45+2 (1:1, Q.Aliyev). S.Suma, 49 (1:2).
Vərəqələr: R.Renato, 13 (qeyri-idman hərəkəti). A.Bayramov, 86 (oyunun bərpasının ləngidilməsi). P.Zebli, 90+5 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Göyçay).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
24 yanvar. Şamaxı. Şəhər stadionu. 1100 tamaşaçı (2200 tamaşaçı).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.

Son 12 turda cəmi bir qələbə qazanan "Şamaxı"nın "Zirə" kimi iddialı komandanı məğlub edəcəyinə inanmaq çətin idi. Düzdü, "şirlər" hər şeyə rəğmən, qələbəyə can atdı və qonaqlara qorxulu anlar yaşada bildi. Lakin bu əzmkarlıq hesabda əksini tapmadı. O başqa məsələ ki, hadisələr Ayxan Abbasovun komandası üçün arzuolunan yöndə cərəyan edə bilərdi.

İlk 20 dəqiqədə Mikelslə Tırkovyanunun təhlükəli zərbələrini izlədik. "Zirə"nin varlığı isə 25-ci dəqiqədə hiss olundu. Qonaqlar Papunaşvili sayəsində hesabı açmağa yaxın idi ki, gürcü epizodu qapıya yöndəmsiz zərbəylə nöqtələdi. O, bir qədər sonra ələ düşən fürsəti də eyni səbəbdən boşa verdi. Halbuki Fernandeşin mövqeyini tərk etməsi "qartallar" üçün ideal şans yaratmışdı. Hər halda, hesabı meydan sahibləri açdı. Pusidən ötürmə alan Konate dəqiq zərbə ilə komandasını sevindirdi. "Zirə"nin cavab qolu isə 45+2-ci dəqiqəyə təsadüf etdi. Daha doğrusu, Renato Qismətin cərimə meydançasına göndərdiyi topu başla tora qovuşdurmaqla səfər qələbəsinin təməlini qoydu.

Fasiləyə "sülh"lə yollanan "şirlər" 2-ci hissəyə də inamsız başladı və növbəti qola "gəl-gəl" dedi. Topu Veremeyevdən “oğurlayan” Suma təkbaşına irəlilədi və hesabı dəyişdi. 62-ci dəqiqədə 4 futbolçunu aldadan Cibrilanı yalnız Fernandes dayandıra bildi. O başqa məsələ ki, İnqilab Məmmədov qolkiperin müdaxiləsini kobudluq kimi qiymətləndirərəl penalti təyin etdi və yalnız VAR-dan gələn xəbərdarlıqdan sonra səhvini düzəltdi. "Şirlər" sonda üstün oyun sərgiləsə də, məğlubiyyətdən qurtula bilmədi. Bu nəticə isə onlar üçün heç də yaxşı perspektiv vəd etmir. Elə bu gün “Kəpəz” xal hesabında “Şamaxı”ya çata bilər.

Gözdən qaçmadı
* "Qartallar" fanklubu 14 nəfərlə tribunadakı yerini almışdı. "Zirə" qələbəni onlarla qeyd etdi.
* Şamaxılı azarkeşlər oyun ərzində və bitəndən sonra həm rəqib komandanı, həm də hakimlər briqadasını təhqir etdi.
* Oyundan sonra Renatoyla Aydın arasınsa mübahisə yaşandı. Qapıçı komanda yoldaşının mövqeyini yersiz tərk etməsiylə bağlı dilə gətirdiyi iradla barışmaq istəmədi və tərəflər arasında narazılıq yarandı. Deyəsən, gənc qolkiper daha təcrübəli Renatonun kapitanlardan biri olduğunu unudub.

KƏNAN BAHADIR

Seçilən
2
16
football-plus.az

10Mənbələr