AZ

"Açıq-aşkar görünür ki, bunu etmək "Qarabağ"a ağırdır"

"Qarabağ"ın yeni ildə işləri yolunda getmir.

Komanda meydana çıxdığı 3 matçda 1 qələbə qazana bilib.

O da "Şamaxı" üzərində.

"Köhlən atlar" Avropa Liqasında FCSB-yə məğlubiyyətin ardınca "Turan Tovuz"la görüşdə də xala həsrət qaldı.

Bu görüşlərdə ən diqqət çəkən məqam komandanın müdafiə xəttinin kobud xətalara yol verməsidir.

Rəqiblər 3 görüşdə nə az, nə çox 7 dəfə "Qarabağ"ı mərkəzə dəvət edib.

Ümumiyyətlə, bu mövsüm Avropa arenasında Ağdam təmsilçisi sadə vəziyyətlərdən çox sayda qol buraxması ilə yadda qalıb.

Görəsən, çıxış yolu nədir? Futbol mütəxəssisi Aslan Kərimov Sportinfo.az-a açıqlamasında sorğumuza cavab olaraq geniş şərh verib:

"Burada sırf müdafiə xəttindən söhbət getmir. Məsələn, FCSB ilə matçda Leandro Andradenin saxlamalı olduğu rəqib oyunçu sonda fərqləndi. Fakt özü günahları birbaşa müdafiə xəttinin üzərinə atmağın doğru olmadığını göstərir. Müdafiə olunarkən bütün komandanın müdafiəsindən söhbət gedir.

Düşünürəm ki, ön xətt oyunçuları topu itirdikləri zaman pressinqləri zəif olduğu üçün rəqib rahat şəkildə təhlükə yarada bilir.

Hə, belə çətin anlarda müdafiəçilər komandaya kömək edə bilərdimi? Bəzən Medina və digər formada olan oyunçular bunun öhdəsindən gələ bilib. Əslində onların borcu deyil. Amma zədədən qayıtdıqları dövr bunu edə bilmirlər.

Standart vəziyyətlərdən qolların buraxılması hər bir komandanın başına gələ bilər. Bundan sığortalanan kollektiv yoxdur. Məsələn, "Arsenal"da standart vəziyyətlər üzərində çalışmaq üçün xüsusi məşqçilər qrupu çalışır. Amma onlar da duran toplardan qol buraxır.

Amma müdafiə olunmağın üzərində işləməyə ehtiyac olacaq. Söhbət rəqib komandaların əks-hücumları zamanı düzgün müdafiə olunmaqdan gedir. Düşünürəm ki, keçici haldı.

Açıq-aşkar görsənir ki, iki cəbhədə oynamaq ağırdı. Əminəm ki, "Qarabağ" Premyer Liqaya tam köklənsəydi bu cür səhvlər diqqət çəkməzdi. Bütün heyət eyni səviyyədə ola bilməz. Avrokuboklarda oynayan oyunçunun cüzi də olsa səviyyəsi yüksəkdir.

Digər tərəfdən komanda bu mövsüm zədəli futbolçularla bağlı böyük problem yaşandı. Ona görə də bəzi oyunlarda istənilən heyətə güvənə bilmədilər".

XANOĞLAN

Seçilən
12
50
sportinfo.az

10Mənbələr